Monoqrafik referat

bir mətnin məzmununu şərh edən referat. Bir sənəd, bir material üzrə tərtib olunur. Bütün materialı əhatə edən monoqrafik referat tərtib edilərkən referat mövzusu adətən materialın özü ilə müəyyənləşir. Lakin mənbənin ayrı-ayrı fəsilləri, yaxud hissələri şərh edilən zaman isə referatın mövzusu nəşrdə göstərilir. Belə şərhetmə seçmə şərhetmə adlanır.
Modulyasiya
Monoqrafiya
OBASTAN VİKİ
Referat
Referat (alm. Referat‎, lat. referre) – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir. Refero – bildirirəm, xəbər verirəm. İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir. Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu. Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir. == Referatın növləri == Məhsuldar: referat-məruzə; referat-icmal; Reproduktiv: referat-rezyume. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
всплесну́ться длинноно́гий ни све́т ни заря́ обра́дованно письмоно́сец пробо́дрствовать со́ус япо́нец втащи́ть вы́трясти душу желте́ние зэк мангу́ста народово́лец опрева́ть оре́шина перенастра́ивать стра́вливать цензу́рность oxygen замешательство здесь позывной Фемида чартер